Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...


Fizioterapiya xəstəliklərin müxtəlif  fiziki faktorlar  istifadə etməklə profilaktik üsuludur.  Fizioterapiya təbii amillərlə müalicə deməkdir. 

Əslində həkim və tibb bacısı mənim mətbuat nümayəndəsi olduğumu bilmirdilər.  Şiddətli onurğa ağrılarından sürünə-sürünə xəstəxanaya gedərkən ümidsiz idim. Pensiyaçı birinin müalicə xərcləri, dava-dərman, gündəlik nəqliyyat xərci...Amma, bu gənc xanımlar mənim onların haqqında yanıldığımı mənə öz yüksək peşəkarlıqlarıyla, davranışlarıyla, gülərüzlə hiss etdirdilər. Xərcsiz, təmənnasız, sıradan bir Çernobıl əlilinə göstərilən qayğı mənimçün gözlənilməz idi.
 Mənim  əlimdən onların haqqında bu kiçik qeydləri etməkdən başqa heç nə gəlmədi. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bərdə tibb müəssisələrində xidmət keyfiyyətinin bu dərəcədə yüksək olmasını, strukturun və idarəetmənin təkmilləşdirilməsini doğrusu belə təsəvvür etmirdim.
Fizioterapiya və tibbi reabilitasiya şöbəsində yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə fizioterapevtik prosedurları təqdim edir. Şöbədə sinir sistemi,  onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ xəstəliklərinin, sümük xəstəliklərinin, nevroloji, yaşa bağlı ortopedik xəstəliklərin müalicəsi uğurla həyata keçirilir. Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin peşəkar tibb personalı hər bir xəstəyə fərdi yanaşır. Fizioterapiya şöbəsində mümkün qədər əməliyyatsız müalicə edilir. Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Xəstələrdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozulmalar fiziki müalicə ilə aradan qaldırılır.

Bərdə MRX-nın rəhbərliyinə və bu işlərdə əməyi keçən hər bir fərdinə təşəkkür etmək çox azdır. 
Fizioterapevt Şəlalə həkim, tibb bacısı Leyla xanım təmənasız və vicdanlı zəhmətinizə görə çox sağ olun. 
Şahin Əhmədov,
Siam.az
Tarix: 23-04-2024, 22:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}