Kəmaləddin Heydərovun xilasediciləri Sabunçu tunelindən vətəndaşı kəndirlə çıxardı - İlon Mask "kəşfi"...


Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yağış suları ilə dolan Sabunçu tunelində qalmış vətəndaşı fərqli "kəşf"lə boğulmaqdan xilas ediblər.
Anaxeber.info bildirir ki, sosial mediada görüntüləri yayılan həmin kadrlarda vətəndaşın tuneldən kəndirlə çıxarıldığı öz əksini tapıb. Müasir vasitələrin, xilasetmə metodlarının, ən yeni texnikaların olduğu dövrdə FHN əməkdaşları quyudan adam çıxarırmış kimi, iplə vətəndaşı tuneldən xilas edirlər. Sanki "Məlikməmməd" nağılıdır. Halbuki dövlət büdcəsindən FHN-ə böyük vəsaitlər ayrılır, müasir texnikalar üçün maliyyə verilir. Amma nazir Kəmaləddin Heydərovun rəhbəri olduğu qurum yağış suyu ilə dolan tuneldən vətəndaş üçün kəndirdən istifadə etməyi seçir - bəsit, kustar yolu...
Qeyd edək ki, bundan əvvəl yağış suları ilə dolan həmin tuneldə iki nəfərin boğularaq ölüb. Bu dəfə FHN yeni "ixtira" ilə ən azı ölümdən qurtara bilib...
Anaxeber.info 
Tarix: Bu gün, 09:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}