Gürcüstanda müxalifət koalisiyasının lideri Nika Qvaramiya öz partiyasının ofisi yaxınlığında həbs edilib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hazırda müxalifət partiyalarının ofisində axtarış aparılır.
Bildirilir ki, Niko Qvaramiya polisdən axtarışı dayandırmağı və onun ofisə daxil olmasına icazə istəsə də, ona imkan verilməyib. Mübahisədən sonra polis Qvaramiyanı ərazidən zorla çıxarmağa çalışıb. Qvaramiyanın fiziki qarşıdurma zamanı huşunu itirdiyi iddia edilir.
Hazırda digər müxalifət liderləri İlya Qlonti və Nensi Volanın iqamətgahlarında istintaq hərəkətləri aparılır.