Göyçayda NARAZILIQ - Prezidentə MÜRACİƏT


Göyçay rayonu Şəhadət kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siamaz.com-a daxil olan müraciətdə deyilir:
 
"Şəhadət rayon mərkəzinə ən yaxın kənd olsa da, yolunun əksər hissəsi yararsız olduğu üçün biz sakinlər çox əziyyət çəkirik. Kəndin yolunun bir hissəsinə bir neçə il əvvəl asfalt çəkiləsəd bir neçə küçələri isə təmir edilməyib. Hansı ki, həmin yollların üzərində çoxlu sayda sakinlər yaşayır. Buna görə biz sakinlər çox əziyyət çəkirik. Qışda palçığa, yayda toza görə yolda hərəkət etmək olmur.Uşqlar məktəbə getməkdə çətinli çəkirlər, xəstə olanda təcili yardım maşını gələ bilmir. 
Yolumuzun təmir edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olmuşuq ancaq heç bir faydası olmayıb.
Həmçinin seçki öncəsi deputat Məzahir Əfəndiyev bizə söz verdi ki, yolun təmir etdirilməsi üçün müvafiq addımlar atacam. Ancaq heç bir köməklik göstərmədi bizi aldatdı.
Buna baxmayaraq ümidimizi üzmədik ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş və mərhəmətli prezidenti var. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar kəndlərinin belə yolları təmir edilib insanların rifahı yaxşılaşıb.
İnanıb ümid edirik ki, Göyçay şəhərinin mərkəzinə yaxın yerləşən Şəhadət kəndinin biz sakinlər yaşadığı küçələrinin yollarına asfalt vurulacaq. 
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik, müraciətimizi nəzərə alıb bizim yaşdğımız kəndin yolunun təmir edilməsinə göstəriş verəsiniz..."



Tarix: Bu gün, 08:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}