“Ola bilsin ki, Əliyev yorulsun və prezidentliyi mənə versin”- “Mən prezident olsam, Əliyevə hansı postu istəsə verəcəm“
2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri artıq indidən media müstəvisində müzakirə mövzusuna çevrilməkdədir.
Maraqlıdır, bu seçkilərdə hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn, prezident İlham Əliyevin ən qatı təbliğatçısı qismində çıxış edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də iştirak edəcəkmi?
Anaxeber.az-a açıqlama verən H.Hacıyev 2018-ci ilin prezident seçkilərinə qatılacağını vurğuladı:
“Prezident seçkilərinə namizədliyimi verəcəm. Bununla bağlı partiyanın müvafiq qərarı var. Mən seçkilərdə iştirak edəcəm. Partiyada məndən başqa da namizədliyə layiq şəxslər var. Amma partiyanın Siyasi Şurası belə qərara gəldi ki, seçkilərdə mən iştirak edim. Çalışacayıq ki, qalib gələk. Qardaşım da namizədliyini verəcək. İki qardaşdan biri qalib olacaq. Ya mən qalib gələcəm, ya da İlham Əliyev, burda elə bir problem yoxdur. Hələlik ortada bizik. Ikimiz də eyni əqidə və düşüncədə olan insanlarıq. Millətimizin naminə həyatımızı, canımızı qoymuşuq. Ya qardaşım qalib olacaq, ya mən. Bunun elə bir fərqi yoxdur. Ola bilsin ki, qardaşım bir az yorulsun, prezidentliyi verər mənə, 5 il mən olaram prezident, sonra qaytarıb yenə ona verərəm. Mən prezident olsam, qardaşıma baş nazir postunu və ya hansı postu istəsə onu verərəm, burada da problem yoxdur”.
Tarix: 29-06-2017, 09:35