"ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 18 gün ərzində Tərtər rayon sakinlərinə səyyar xidmət göstərəcək


Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət  Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin səyyar
xidmət avtobusu 
dekabr ayının 3-dən Tərtər sakinlərinə xidmət göstərəcəkdir. 
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu  İqtisadiyyat Nazirliyi yaninda Əmlak
Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
* Tibb xidməti
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara  onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
* Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə
çıxarışların verilməsi
* Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması
barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
* Əmək pensiyalarının təyin edilməsi
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
* Notariat fəaliyyəti
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin
vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün
əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ASAN
xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış olub, sakinlərin
qayğıları ilə maraqlanıb, onlarla səmimi söhbət edib.
Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tarix: Dünən, 22:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}