Bermud üçbucağından daha təhlükəli ərazi - Avstraliyanın Maqnit adası
Bermud üçbucağında gəmilərin və təyyarələrin yoxa çıxdığı məlumdur. Bununla belə, alimlər dünyanın başqa yerlərində də oxşar sirli bölgələrin olduğunu aşkar ediblər.Bəs, Bermud üçbucağından daha təhlükəli yer ola bilərmi? Sfera.az bu barədə maraqlı məlumat təqdim edir.
Ötən əsrdə Bermud üçbucağında yüzə yaxın gəmi və təyyarə yoxa çıxıb. Bu bölgə Floridanın Bermud adalarından Puerto Rikoya qədər uzanır və təxminən 805.000 kvadrat kilometr ərazini əhatə edir.
Bu sirli ərazidə təkcə gəmilər deyil, təyyarələr də yoxa çıxır. 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus beş torpedo bombardmançı adi təlim zamanı qəflətən yoxa çıxıb.
Beş təyyarənin eyni anda sıradan çıxması ehtimalı az idi və hamısı uçuşdan əvvəl diqqətlə sınaqdan keçirilmişdi.Daha maraqlısı 1970-ci ildə “Beechcraft Bonanza” təyyarəsinin başına gələnlər idi. Təyyarə Baham adalarının Andros adasından havaya qalxaraq Floridaya istiqamət alıb.
Lakin uçuş zamanı qəribə silindrik buludla qarşılaşıb və onun içindən keçməli olub. İçəri girən kimi təyyarədəki bütün elektron qurğular nasazlayıb və pilot qısa müddət ərzində çəkisizlik hissi keçirib.
Təyyarə Mayamiyə həmişəkindən daha qısa müddətdə çatıb və çox az yanacaq sərf edib. Həmin gün təyyarədə olan heç kim onların necə bu qədər tez gəldiyini başa düşə bilməyib.
Alimlər Bermud üçbucağının sirrini açmağa çalışarkən Yer kürəsində daha təhlükəli bir bölgənin - Avstraliyanın qərb sahilinin mövcudluğunu aşkar etdilər.Bu yer o qədər çox gəmi qəzasına ev sahibliyi edir ki, yerli sakinlər bu sularda ruhların gəzdiyini deyirlər.
Hətta Maqnit adasında üzən və şəkil çəkdirən turistlər də fotolarında qorxulu detallara diqqət yetirirlər.Avstraliyanın qərb sahilləri yaxınlığındakı sular 1600-ə yaxın batmış gəmi ilə doludur və itkin düşən dənizçilərin cəsədləri hələ də bu ərazidə tapılır.
Yerli əfsanələr və qəribə hadisələr buranın Bermud üçbucağından daha təhlükəli bölgə olduğunu deməyə əsas verir.
Tarix: Bu gün, 09:53