Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq…

Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq…


Bir neçə il əvvəl Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazı dərc etmişdik.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub.

Əldə edilən məlumata görə, “dana monopoliyası”nın nümayəndəsi bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

İddialar və Faktlar

Məlumata görə, Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda və iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada oturur, o biri QOLU isə Azərbaycana uzanır.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur.

Hurriyyet.az xəbər verir ki, Mediaxeberleri.Az xatırladır ki, NUH.az saytı “dana monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparıb. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə, “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.
Hüquqi Boşluqlar və Laqeydlik

Cəmiyyətdə belə suallar yaranır:
Dadaş Şükürovun əvvəllər vergi yayınmaları ilə bağlı təqsirli bilinməsi və hüquqi məsuliyyətə cəlb edilməsi məlum olduğu halda, onun “dana monopoliyası” ilə əlaqədar ittihamları niyə araşdırılmayıb?

Mediaxeberleri.Az hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırma aparmasının və hüquqi boşluqların aradan qaldırılması yönümündə atılan addımların vacibliyini vurğulayır.
Bu vəziyyət hüquq sistemində şəffaflığın və ədalətin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.
Tarix: Dünən, 22:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}