Rektorun qızını aldadıb qızıllarını aldılar - TƏFƏRRÜAT
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.
İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir.
Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.
Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxladıq. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.
Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.
İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.
Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.
Tarix: Bu gün, 10:26
-
Bu gün, 22:07
Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət
-
Bu gün, 22:01
Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!
-
Bu gün, 21:39
“Unibank”ın “Əjdaha” lotereyasının yalan olduğu üzə çıxdı
-
Bu gün, 21:30
Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir?
-
Bu gün, 21:23
Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər KİMDİR? - “Tiktok” dələduzları yenə İŞ BAŞINDA
-
Bu gün, 21:21
Gürcüstanda müxalifətin lideri saxlanılıb
-
Bu gün, 21:19
"Sovet dövründən qalma bağça modeli həm bahalıdır, həm də... "
-
Bu gün, 21:16
“Microsoft”a qarşı iddia: 1 milyard dollardan çox təzminat tələb edilir
-
Bu gün, 17:09
45 milyon manatı ölkəyə qaytarmayan sahibkarlara cinayət işi açıldı
-
Bu gün, 17:00
İsmayıllıda bələdiyyə sədri rüşvət alanda tutulub
-
Bu gün, 16:55
“Qaçqınkom”da inanılmaz oyunlar: Xaricdən göndərilən milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR
-
Bu gün, 16:53
QHT-lərlə bağlı yeni cərimələr
-
Bu gün, 16:12
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
-
Bu gün, 16:09
Araqçı-Bayramov görüşünün müəmması – “İranın Azərbaycandan qəribə xahişi…”
-
Bu gün, 16:04
"Doğtaş"a yazılan protokola baxılacaq tarix açıqlandı
-
Bu gün, 16:02
ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir
-
Bu gün, 15:59
Naxçıvanda axund intihar etdi - FOTO
-
Bu gün, 11:35
"Azgranata"nı 20 min manat cərimə gözləyir - Vergi borcu da var
-
Bu gün, 10:26
Rektorun qızını aldadıb qızıllarını aldılar - TƏFƏRRÜAT
-
Bu gün, 10:22
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
-
Bu gün, 09:53
Bermud üçbucağından daha təhlükəli ərazi - Avstraliyanın Maqnit adası
-
Bu gün, 09:46
Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB... - ÖZBAŞINA QALIB...
-
Bu gün, 09:43
Qalmaqallı iş adamının İFŞA VİDEOSU... - Hər gün əqidəsini dəyişən camaata əqidə dərsi keçir?
-
Bu gün, 09:38
Kəmaləddin Heydərovun xilasediciləri Sabunçu tunelindən vətəndaşı kəndirlə çıxardı - İlon Mask "kəşfi"...
-
Bu gün, 08:43
Göyçayda NARAZILIQ - Prezidentə MÜRACİƏT
-
Dünən, 22:06
Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq…
-
Dünən, 22:02
"ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 18 gün ərzində Tərtər rayon sakinlərinə səyyar xidmət göstərəcək
-
Dünən, 22:00
"Vest Pharma" cərimələndi
-
Dünən, 21:59
Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
-
Dünən, 21:57
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
{sape_links}{sape_article}