"Doğtaş"a yazılan protokola baxılacaq tarix açıqlandı
Mebel satışı ilə məşğul olan "Doğtaş" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb. Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə dekabrın 12-də baxılacaq.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: MMC-nin qanuni təmsilçisi Lokman Kartaldır. Şirkətin dövlətə hazırki dövrədək olan borcu 2082 AZN-dir.
Tarix: Dünən, 16:04