Deputatın şirkəti ilə MOM arasında 7 milyonluq sövdələşmə


Azərbaycanda tibbi təchizat sahəsində fəaliyyət göstərən “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Milli Onkologiya Məkəzinin iki tenderinin qalibi seçilib.
 
Tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.
 
Bu iki tender üzrə MOM-la “Azeri Med” QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
 
Araşdırmalarımız zamanı aydın olub ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.
 
2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və “Azəri Med” QSC-yə çevrilib.
 
“Azəri Med” QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.
 
“Azəri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.
 
“Azəri Med” QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.
 
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq indi də qeyri-rəsmi olsa da, MOM-da səalihiyyət sahibi hesab olunur.
Mənbə: Reportyor.info
Tarix: 29-01-2024, 21:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}