"Dəmir Yolları" hamı ilə məhkəmə çəkişməsindədir - gömrük idarəsi, icra başçısı...





Bakı Baş Gömrük İdarəsi ilə “Azərbaycan "Dəmir Yolları” QSC məhkəmədə üz-üzə qalıb. Anaxeber.info məlumat verir ki,  iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. İş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. 5 dekabr tarixində hakim Elvin Əliyevin sədrliyi ilə işə baxılacaq. Lakin ADY-nin ilk məhkəməsi deyil. Məsələn, oktyabrda "Azərbaycan Dəmir Yolları” ASC "Foodcity Alliance" MMC-ni məhkəməyə verib. Həmin ay isə QSC barəsində məhkəməyə şikayət verən şəxs qurumun keçmiş işçisi Əsgərov Faiq Nəsrəddin oğludur. 
Noyabr ayında isə Lənkəran şəhər İcra Hakimiyyəti ilə “Azərbaycan Dəmir Yolları” QSC məhkəmədə üz-üzə gəlib. İddianı “Azərbaycan Dəmir Yolları” qaldırıb. Prosesdə maraqlı tərəf kimi Şərifova Natavan Sudef qızı da iştirak edir. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
İş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilib. 18 dekabr tarixində hakim Fehruz Abbasovun sədrliyi ilə işə baxılacaq.
Ümumən gözlənilirdi ki, Cavid Qurbanovun vəzifədən gedişi Azərbaycan Dəmir Yollarının "dəmir əl" kimi idarə olunmasına səbəb olacaq. Amma yeni gələn rəhbər Rövşən Rüstəmov sözün həqiqi mənasında özünü onun davamçısı kimi apardı.
Sanki Kərbəlayı İsmayıl yerini Qəmloya təhvil verdi. İntəhası, ADY faktiki fəaliyyətsizdir. Paytaxtdan ətraf qəsəbələrə və Sumqayıta elektrik qatarları, bir də Qəbələ və Gəncəyə Allah qoymasa guya sürət qatarları olmasa, demək olar ki, pandemiya başlayandan ölkənin dəmiryolları hərəkətsizdir. Bəs, ADY rəhbərliyi nə işlə məşğuldur? Axı şəhərlərarası qatarlar işləmir, bu qədər maşinist, bələdçi işsizdir, qəpik-quruş bəlkə maaş ala, ya almayalar...Həmçinin, vaqonlar təzələnməyib, dəmiryol infrastrukturu yenilənməyib, dünya artıq belə problemləri arxaik hesab etdiyi vaxtda, bizdə hələ sovetdənqalma, iylənmiş vaqonlar pas atıb işləyəcəyi günü gözləyir və belə bir halda, ADY rəhbəri Rövşən Rüstəmovun fəaliyyəti nədən ibarətdir? Bir hesabatlılıq varmı? Bəs, büdcədən ayrılan vəsaitlərin xərclənməsi haqda maliyyə hesabatı varmı?
Siamaz.com
Tarix: Dünən, 11:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}