Olimpiya idman komplekslərinin dövlət büdcəsinə 65 min manat borcu var



Azərbaycanda bir sıra olimpiya idman komplekslərinin dövlət büdcəsinə 64 492,35 manat vergi borcu yaranıb.


Azsiamaz.com xəbər verir ki, “PostMedia”nın araşdırmasına görə, büdcəyə borclu komplekslərin sayı 21-dir.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytında ölkə üzrə 42 olimpiya kompleksinin olduğu göstərilib.

Bu borcun təxminən yarısı Göyçay (11 800,28 manat), Şəki (10 170,04 manat) və Qusarda(8 830,01 manat) yerləşən olimpiya idman komplekslərinin payına düşür.

Ən az borcu olan vergi ödəyiciləri isə Gəncə və Şəmkir olimpiya idman kompleksləridir.


Tarix: Bu gün, 12:55
Xəbəri paylaş





Xəbər lenti