Sonra ağsaqqallar şurasının sədri sözü rayon rəhbərinə verib. Rayon icra hakimiyyətinin
başçısı Müstəqim Məmmədov bildirib ki, Heydər Əliyevin əziz xatirəsi qədirbilən
xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Bu günlərdə keçirilən çoxsaylı
tədbirlər də buna sübütdür. Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və
sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu fenomen
şəxsiyyəti unutmayacaqlar. Rayon rəhbəri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən
bəhs edərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini –
müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğunu bildirib.
Mərasimdə YAP rayon təşkilatının sədri Eldar Əsədov və şəhid Ruslan Lalayevin atası,
birinci Qarabağ müharibəsi əlili Akif Lalayev də çıxış edərək Azərbaycan xalqının
Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət
müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah
halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür
yolundan, həyat və fəaliyyətindən, yaradıcısı Ulu Öndər olan Yeni Azərbaycan
Partiyasının fəaliyyətindən danışıblar.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin
imamı Sadiq Cəfərov tərəfindən Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan
«Qurani Kərim»dən ayələr və yasin surəsi oxunub.