"Gürcüstanda heç vaxt Maydan olmayacaq"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə baş verən etirazlardan danışarkən, müxalifətin 2014-cü il Ukrayna ssenarisini təkrarlaya bilməyəcəyini, polisinin peşəkar fəaliyyət göstərdiyini və qarşıdurmanın kəskinləşməsinə baxmayaraq, vəziyyəti nəzarət altında saxladığını bildirib.Kobaxidze söyləyib: "Dəfələrlə demişik ki, Gürcüstanda "Maydan" olmayıb və olmaycaq. Bütün bunlar bu ilin yaz hadisələri zamanı aşkar göründü. Bütün bunlar son günlərdə də aşkar göründü".
Kobaxidze ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinin uğursuz olacağını, Gürcüstanda inqilabın baş verməyəcəyini söyləyib. O, ölkədəki etirazların xaricdən maliyyələşdirildiyini də qeyd edib. Kobaxidze xarici maliyyənin Gürcüstanın müstəqilliyini hədəfə aldığını deyib.
Kobaxidze polisin peşəkarlığından danışarkən bildirib: "2012-ci ildən sonra Gürcüstanda mitiqnlərin sərt şəkildə dağıdılması qətiyyən baş verməyib. DİN həmişə yüksək standartlarla fəaliyyət göstərir".
Tarix: 2-12-2024, 22:01