ABŞ Gürcüstanı təhdid edib

ABŞ Gürcüstanı təhdid edib

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Gürcüstanı təcrid olunmaqla təhdid edib.
Batumidə müxalif “Gürcüstan naminə” partiyasının lideri və keçmiş baş nazir Georgi Qaxariyaya qarşı törədilən hücumdan sonra ABŞ Dövlət Departamenti Gürcüstana qarşı sərt bəyanatla çıxış edib.
Dövlət Departamentinin rəsmi təmsilçisi Metyu Miller hadisəni hakim “Gürcü arzusu” partiyasının “repressiya taktikasının” növbəti nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür hərəkətlər ölkəni beynəlxalq təcrid vəziyyətinə sala bilər.
Gürcüstanda hadisə ilə bağlı araşdırma başlayıb, cinayət işi açılıb.
Tarix: 17-01-2025, 21:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}