Tanınmış alim vəfat etdi - Foto
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.azsiam.info xəbər verir ki, bununla bağlı AMEA öz saytında məlumat yayıb.
Bildirilib ki, o, 75 yaşında vəfat edib.
Qeyd edək ki, Q.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
“Qafqazinfo”
Tarix: 3-02-2025, 15:43