Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Təsəvvürünüzə gətirin, kostyum alırsınız şalvarı var pencəyi yox, ya da əksinə. Bir az gülməli görünsə də, belə hallar əsasən onlayın ticarətdə baş verir. Son illərin onlayın alış-veriş trendinə çevrilən bəzi onlayın alış-veriş şəbəkələri artıq üzərlərinə düşən öhdəliyə tam əməl edə bilmir. “Sağ göstərib sol vurma” prinsipiylə işləyən belə ticarət obyektləri əhalini aldatmaqla məşğuldur. Azərbaycanda minlərlə insanın istifadə etdiyi onlayın mağaza şəbəkələrindən biri də “Trendyol”dur.
Bu şəbəkədən məhsul alan hər kəs heç olmasa bir dəfə aldadıldığını anlayıb. Adam kataloqda bəh-bəhlə təqdim edilən məhsula dərhal müştəri çıxır və düşünmədən onu almaq qərarına gəlir. Lazım olan proseduru həyata keçirərək sifarişini qeydiyyatdan keçirir. Qiymətin fərqində olmayan alıcı ona təqdim edilən məhsulun yolunu gözləməyə başlayır. Sonda hadisələr necə cərəyan edir?
Nəyin necə baş verdiyini redaksiyamıza Sabir adlı şəxsin yazdığı şikayət məktubundan oxuyuruq. Vətəndaş yazır ki, “Trendyol”dan kostyum sifariş edib. 3741 lirəyə (təxminən 200 manat) təklif olunan kostyuma müştəri çıxan vətəndaş dərhal ödəniş edib və günlərdir xəyal qurduğu bahalı kostyumunun yolunu gözləməyə başlayıb. Çatdırılma vaxtında həyata keçirilib. Məhsulu açana kimi müştəri xidmətdən tam razı qalıb. Amma təzə kostyumun sevinci cəmi bir neçə qədiqə çəkib. Türkiyədən yenicə gələn təzə paltarı geymək həvəsiylə bağlamanı açan vətəndaş gözlərinə inanmayıb. Sabirin başına gələn hadisə belədir: “Trendyol”-un rəsmi “AVVA” mağazasından kişi kostyumu sifariş edib. Bağlama açılanda onun içərisindən yalnız tək şalvar çıxıb. Bütün aləm bir-birinə dəysə də, pencəyi gördüm deyən tapılmayıb. Sabir bəy problemin aradan qaldırılması üçün “Trendyol” dəstək xidmətinə müraciət edib. Şirkətdən Sabirə verilən cavab isə onu qane etmir. “Trendyol”dan bildirilib ki, kostyum alan zaman şalvar və pencəyin qiyməti ayrı-ayrı hesablanıb. Ödəniş düz aparılmadığndan “Trendyola” edilən ödənişin 1870 türk lirəsi müştəriyə qaytarılacaq.
Millətin cibinə girən bu fırıldaqçıların arqumentləri əməlli-başlı gülüş yaradır. Bazarda kostyum dəstinin şalvar və pencəyinin ayrı-ayrı qiymətlərə satılması ilk dəfəydi qarşıma çıxırdı. Sabir bəy də yaxşı bilir ki, bu açıq-aşkar dələduzluqdur və onu aldadıblar. Amma şirkətin bəhanələri yalnız söz oyunudur ki, onu da düzgün qaydada apara bilmirlər. Bəlkə kostyum dəstində şalvarla pencək qiymətlərini ayrıd edə bilməyən “Trendyol” məhsul sifariş edən insanlara hörmətsizlik nümayiş etdirir. Sabir bəy əlacsız halda az qala tək şalvarla da razılaşıb. Amma şalvar da “brak” çıxıb. Əvvəla məhsul sifariş edilən zaman Sabir bəy yun kostyum istəyib. Qarşı rətəf də müştəriyə “hə” deyib. Göndərilən bağlamadan isə nə yun pencək, nə də yun şalvar çıxıb. Sabir bəyə yalnız yay şalvarı göndərilib. Bu, onlayın ticarət hələ çox müştəriləri şalvar-pencəksiz qoyacaq. Bir qədər ucuz təklif edilən məhsulun üzərində manipulyasiya aparmaq və istehlakçının hüquqlarını tapdamaq heç bir şirkətin haqqı deyil və özlərinə bəraət qazandıra bilməzlər.
Vəli Həsənoğlu,
KONKRET.az
Tarix: 3-02-2025, 12:45
-
Bu gün, 11:38
Rusiyaya PUA hücumu: Neft bazasında güclü yanğın
-
Bu gün, 11:33
Avstraliyada xidməti avtomobillə yeməyə gedən nazir istefa verdi
-
Bu gün, 11:08
OĞRU MƏMUR TOXUNULMAZLIĞI... - Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı?
-
Bu gün, 10:47
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
-
Bu gün, 10:45
Məşhur vəkildən İnam Kərimova müraciət - ÖLKƏDƏKİ ƏKSƏR HAKİMLƏR...
-
Bu gün, 10:40
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ: İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
-
Bu gün, 10:38
Şəmşad Ağa saxlanılıb
-
Bu gün, 10:24
Füzuli Ələkbərova məxsus şirkətin ölkədən pul çıxardığı və geri qaytarmadığı təsdiqləndi, cəzalandırıldı
-
Dünən, 22:41
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
-
Dünən, 22:39
Kreml: Avropa hərbi xərcləri artıraraq iqtisadiyyatını böhrana sürükləyir
-
Dünən, 22:36
Həkimdən xəbərdarlıq: Ürək xəstəliyi və piylənmə arasında əlaqə var
-
Dünən, 22:23
İlhamə Bədəlova və “Nə varsa” – Sosial dəyişiklik yaradan unikal layihə
-
Dünən, 14:49
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
-
Dünən, 14:48
Tramp bütün dünyanı ABŞ-a düşmən etmək İSTƏYİR?
-
Dünən, 14:38
Kişi kimi deyin, özünüzü gözdən saldınız - Deputatdan həmkarına
-
Dünən, 14:34
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - “Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki...”
-
Dünən, 14:33
Stoltenberq bu vəziyəyə TƏYİN OLUNDU
-
Dünən, 10:12
“Yaponiyada zəlzələ, Sibirdə 60 dərəcə şaxta, Çində daşqın olacaq” – hipermüdhiş proqnozlar
-
Dünən, 10:10
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
-
3-02-2025, 22:05
Bakıda “Rus Evi”nə nəzarəti gücləndirildi
-
3-02-2025, 22:00
“Yoxlamaların ləğvi özəl xəstəxanalarda xidmət keyfiyyətini aşağı salıb”
-
3-02-2025, 21:29
Kənd təsərrüfatı naziri istefa verməlidir – Sosioloq
-
3-02-2025, 16:34
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
-
3-02-2025, 16:32
Aqil Abbas: “Televiziyalarda arvadların boğuşması və həkimlərin reklamı daha çox yayımlanır”
-
3-02-2025, 16:29
AYNA-nın tenderi niyə ləğv edilib?
-
3-02-2025, 15:43
Tanınmış alim vəfat etdi - Foto
-
3-02-2025, 13:42
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
-
3-02-2025, 13:40
FHN-in daha bir tenderi ləğv edildi: 146 min manat nəyə xərclənəcəkmiş?
-
3-02-2025, 13:39
İnnovasiya və Təhcizat Mərkəzindən daha bir milyonluq tender: Kamil Quliyevlə müqavilə bağlandı
-
3-02-2025, 13:08
Talıbovdan alınan şirkətlərin külli miqdarda borcu var – Siyahı
{sape_links}{sape_article}