Azərbaycanda şok: Narkomanlar üzərində eksperimentlər aparılır, işgəncələr verilir - BU NƏDİ BELƏ?..
Azərbaycandakı reabilitasiya mərkəzlərində özbaşınalıq hökm sürür. Belə mərkəzlərdə narkomanlara psixoloji yardımlar kimlər tərəfindən aparılır, bilinmir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Narkoloji Dispanserin sabiq rəhbəri Araz Manuçəri söyləyib.
Onun sözlərinə görə, araşdırılma aparılsa, məlum olacaq ki, psixoloji yardım göstərənlərin nə təhsili var, nə də təcrübəsi.
"Belə təsadüfi adamların reablitasiya müəssisəsi açmasının nəticəsidir ki, reabilitasiya mərkəzlərində narkomanlar intihar edir, ölüm halları baş verir" - Manuçəri deyib.
Reablitasiya mərkəzində ölüm
Qeyd edək ki, bu yaxınlarda "Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.
Məlumat üçün bildirək ki, Bakıda və Abşeronda onlarla reabilitasiya mərkəzi fəaliyyət göstərir. Narkomaniyadan əziyyət çəkən şəxslər bu mərkəzlərə müraciət edərək, sağlamağa çalışırlar. Lakin bu tipli müəssisələrdə bəzən ölümlə nəticələnən neqativ hallar da baş verir.
Reablitasiya mərkəzləri narkomanlar üzərində Stenford həbsxana eksperimenti aparır
A.Manuçəri söyləyib ki, qanunla həkim psixiatrlara narkomaniyadan yaranan psixi pozuntunu müalicə etməyə icazə verilmir. Nəticədə həmin şəxslər reablitasiya mərkəzlərinə üz tuturlar.
Müsahibimiz deyir ki, əslində depressiyanı psixiatr müayinə etməlidir. Amma psixiatr narkomanlara dərman yazmır ki, bu, qanunsuz fəaliyyət hesab olunur. Çünki psixiatr narkomaniyanın müalicəsində qanunla iştirak edə bilməz.
A.Manuçəri deyir ki, hazırda narkomaniyadan əziyyət çəkənlər üçün nəzərdə tutulan reabilitasiya mərkəzlərində Stenford həbsxana eksperimenti aparılır:
"Stenford həbsxana eksperimentində təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idilər. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlar isə mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarıldı və təcrübə dayandırıldı.Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil edildi. İndi reabilitasiya mərkəzləri də narkomanlar üzərində təxminən belə bir eksprement aparırlar. Onları dəmir barmaqlıqlar, bağlı qapı arxasında saxlamaq müalicə metodu deyil".
Narkomanların reablitasiyasını kimlər aparır?
A.Manuçəri bildirir ki, reablitasiya mərkəzləri narkomaniya asılılığını aradan qaldırmaq üçün müxtəlif proqramlar tətbiq edirlər. Amma onlara həmin proqramı tətbiq etməyə hansı qurumun icazə verdiyi sual altındadır:
"Reabilitasiya mərkəzləri əsasən "12 addım" proqramından istifadə ilə narkomaniyadan asılılığı aradan qaldırmağa çalışırlar. Soruşduqda, özləri bu proqramı keçdiklərini əsas gətirirlər. Reabilitasiya olmalıdır, amma reabilitasiyanı psixologiya üzrə ən azı baza təhsili olan mütəxəssislər aparmalıdır. Klinik psixoloqlar dörd il baza təhsilinin ardından rezidentura təhsili aldıqdan sonra xəstə qəbul edə bilərlər. Reablitasiya mərkəzlərində bu proqramları tətbiq edənlər kimlərdir, bu, araşdırılmalıdır".
A.Manuçəri deyir ki, reablitasiyaya narkomaniyanın ikinci mərhələsində başlanılmalıdır. Həmçinin burada mütləq könüllülük olmalıdır. Hansısa narkoman yaxınlarının vasitəsilə məcburi reablitasiyaya yerləşdirilib burada qapalı şəraitdə saxlanıla bilməz!
Ekspertin fikrincə, narkomaniyadan asılılığı müalicə etmək məqsədilə yaradılan reablitasiya mərkəzlərinə sertifikat yoxlamadan sonra verilməlidir.
Reabilitasiya mərkəzində ölümün səbəbi nədir?
"Həyat naminə" Reabilitasiya Mərkəzinin direktoru Kənan Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, bu gün reablitasiya mərkəzlərinin əksəriyyəti qeydiyyatsız fəaliyyət göstərir.
" "Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanovun həbsi araşdırılmalıdır. Bu müəssisədə işgəncə faktının olub-olmadığı araşdırıldıqdan sonra ictimaiyyətə məlumat verilməlidir. Elgiz özü yaxşı insandır. Reablitasiya sahəsində onun da zəhməti var. Bu hadisə 7-8 ay öncə bu hadisə baş verib. Elgizin narkomaniya asılılığı olanları işgəncəyə məruz qoymasına inanmıram. Çünki, o özü də həyatda bu travmanı yaşayıb. Amma bu kimi hallar reablitasiya mərkəzlərinə inamsızlıq yaradır. Reablitasiya mərkəzlərinin proqram rəhbərləri, konsultantların ayıqlığı olmalıdır. Narkomaniya asılılığı olan şəxs reablitasiya mərkəzini tərk etmək istəyirsə, onu döyməklə yox, söhbət aparmaqla fikrindən daşındırmaq lazımdır" - Hacıyev söyləyib.
O, bildirib ki, reabilitasiya mərkəzlərinə gələn narkomanlar 45 gün müddətində mərkəzi tərk etməyə can atırlar. Ona görə də, reabilitasiya mərkəzində təcrübəli şəxslər olmaldır ki, həmin insanda ümid yaratsınlar." İnsanları yapışqanlı lentlə bağlayıb bitki kimi bir yerə atmaq olmaz".
Təsadüfi adamlar reabilitasiya mərkəzi açır
K.Hacıyev deyir ki, reabilitasiya mərkəzlərində ən azı iki il ayıqlığı olanlar çalışmalıdır.
"Çox təəssüf ki, 3-5 ay ayıqlığı olanlar reablitasiya mərkəzi açırlar. Belə reablitasiya mərkəzlərinin aylıq ödənişi çox aşağı olur. Bir evi kirayə tutub reabilitasiya mərkəzi yaratmaq olmaz. Düşünürəm ki, artıq reabilitasiya mərkəzlərinə bir nəzarət sistemi olmalıdır. Hər istəyən şəxsə reabilitasiya mərkəzi açmağa icazə verilməməlidir. Reabilitasiya mərkəzlərində psixoloqlar olmalıdır. Yoxsa xəstə gəlir mərkəzə, iki gün qalır, deyir gedirəm. Valideyn isə onu məcburi saxlatmaq istəyir. Görürlər xəstəni yola gətirə bilmirlər, bu zaman işgəncə metodlarına keçirlər. Bu da ölüm hadisələri ilə nəticələnir", Hacıyev söyləyib.
Apardığımız araşdırma zamanı o da məlum olub ki, reabilitasiya mərkəzləri MMC kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Onların reabilitasiya xidməti göstərmək üçün sertifikatı yoxdur.
Xatırladaq ki, bundan əvvəl də Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur Yolu" Reabiltasiya Mərkəzinin direktoru və iki işçisi cinayət məsuliyyətinə cəlb edilib. Direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyev mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Uğur yolu" narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunub.
İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzə gətirilsin.
Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub. Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Tarix: Dünən, 10:36
-
Bu gün, 18:06
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi - Və yaxud Londonadək tüstüsü çıxan korrupsiya tonqalı
-
Bu gün, 16:50
Sabah kritik görüş olacaq: əməliyyatlar başlaya bilər – “Ya siz, ya biz!”
-
Bu gün, 14:43
Dərman sektorunda monopoliya varsa, cərimələr nəyi dəyişəcək?
-
Bu gün, 14:39
"Tramp Ukraynadakı münaqişəni 24 saata həll edə bilməz"
-
Bu gün, 13:10
Azərbaycanda sabiq rəis həbs edildi - SƏBƏB
-
Bu gün, 12:17
Sakinlər və MTK üz-üzə qaldılar: "Bizi evlərimizdən çıxardılar"
-
Bu gün, 11:21
“Neft dövrü” bitir, yoxsa “yaşıl enerji” marketinq manipulyasiyasıdır?- rəy
-
Bu gün, 10:55
“Yapı Kredi Bank” “Yelo bank” “Accessbank” müştərilər bu banklardan şikayət edir-Siyahı
-
Bu gün, 10:16
Bu halda SEPAH 45 min ordu ilə Zəngəzura girəcək - Badalyan
-
Bu gün, 10:13
"Baku Electronics" 30 illik yubleyi münasibətilə müştərilərə kələk gəlir?
-
Bu gün, 08:59
Plastik cərrahlarla bağlı araşdırma - həbslər...
-
Bu gün, 08:55
Bakının Kubinka deyilən yerində sakinlərlə sahibkarların münaqişəsi lap gərginləşib
-
Dünən, 22:30
Füzuli Ələkbərovun şirkəti cərimələnir
-
Dünən, 22:24
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Dünən, 22:19
Məktəb direktorunun sistematik rüşvət üzrə müavini... - Nazirin açıqlamasına sözardı
-
Dünən, 22:17
Ramiz Tatarov azadlığa buraxıldı
-
Dünən, 22:14
“Təmiz Qaz” QSC-nin 700 işçisi İXTİSARA SALINIR – ailə başçısı ailələrinin aclıqla üzləşəcəkləri anons etdi
-
Dünən, 22:13
“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi
-
Dünən, 22:10
Cəlilabadda onkoloji xəstələrə dərmanlar NİYƏ VERİLMİR?
-
Dünən, 22:08
Azərbaycanda 1500 kənd... boşalıb - Regionlara yatırılan 100 milyard batıb, bölgələr insansız qalıb...
-
Dünən, 21:12
Əsədin Azərbaycana qarşı bağışlanmaz həmləsi – Ermənilərə “Nubar” verib
-
Dünən, 17:41
"Arxamda İlhamə Abdullayeva durub" - deyən Xırdalan 2 saylı məktəbin direktoru müəlliməyə SAVAŞ AÇDI: Haqqı tapdanaraq təhqir olunan müəllimədən VİDEOMÜRACİƏT
-
Dünən, 15:46
Suraxanıda müharibə iştirakçısının qarajı buldozerlə dağıdıldı, Dövlət Məşğulluq Agentliyinin avadanlıqları yararsız hala düşdü - FOTO
-
Dünən, 13:49
Adil Əliyev Suraxanıda hər şeyi görür, amma “Günəşli İnşaat” MTK-nın apardığı qanunsuz tikilini görmür
-
Dünən, 13:48
Anar Məmmədov kimin ZAVALINA GƏLDİ? - HƏBSİ BELƏ GÜNDƏMDƏDİR...
-
Dünən, 13:47
“Baku Steel Company” ilə bağlı bir neçə milyonluq yeni dələduzluq qalmaqalı - TƏFƏRRÜAT
-
Dünən, 13:45
Salyanın icra başçısı Rüstəm Xəlilov təftiş edilir
-
Dünən, 13:01
Navalnının həbsxanada çəkilmiş görüntüləri yayıldı - VİDEO
-
Dünən, 10:36
Azərbaycanda şok: Narkomanlar üzərində eksperimentlər aparılır, işgəncələr verilir - BU NƏDİ BELƏ?..
-
Dünən, 10:29
Əli Həsənov BUNA GÖRƏ HƏDƏFƏ ÇEVRİLİB... - Mehdiyev üçün də havalar xoş olmaya bilər...
{sape_links}{sape_article}