"Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyiri nədir?" - Mədəniyyət Nazirliyindən şikayət


"İllərdir mövcud olan problemi neçə vaxtdır xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır. Onlara qoşulub, yaşadıqları haqsızlığa göz yummayan xanəndə və müğənni görmürəm. Halbuki hamı şikayətçidir, lakin cəmiyyətə açıqlama verməkdən qorxurlar. Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?"
 
Pravda.az xəbər verir ki, bu barədə  müğənni Nura Suri sosial şəbəkə hesabında bildirib.

Müğənni qeyd edib ki, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin sayı-hesabı yoxdur:
 
"Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və sair pul xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyiri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursuz?"
Tarix: 20-09-2024, 22:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}