Ruslan Əliyev “vahid pəncərə” sisteminə necə “barmaq edib”? - İLGİNC FAKTLAR...

Ruslan Əliyev “vahid pəncərə” sisteminə necə “barmaq edib”? - İLGİNC FAKTLAR...
"Son günlər Bakının Sabunçu rayonunda həyata keçirilən kütləvi söküntülər medianın əsas diqqət mərkəzindədir. Vətəndaşların dediklərindən belə məlum olur ki, Sabunçu ərazisində həyata keçirilən söküntülərin “tarixi” Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin rəisi Ruslan Əliyevə gedib çıxır..." Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "İllər öncə vətəndaşlardan aldğı “şirinlik” qarşılığında onlara qanunsuz tikinti işləri üçün icazə verən Ruslan Əliyev, bu gün yüzlərlə insanın faciəsini soyuqqanlı şəkildə izləməkdə, heç bir şey olmamış kimi gündəlik yaşamına davam etməkdədir.
Maraqlıdır ki, Bakı şəhərində qanunsuz tikililərə qarşı mübarizə aparmalı olan Ruslan Əliyev, özü bu cür tikililərin geniş vüstə almasına şərait yaradıb, bu tikililərdən toplam milyonlarla manat məbləğində gəlir əldə edib.
Ruslan Əliyevlə bağlı hüquqi müstəvidə aparılan ilkin araşdırmalar nəticəsində bəlli olub ki, əmlak məmuru “vahid pəncərə” sisteminə də müdaxilə edib, bu mütərəqqi sistemin şəffaf qaydaları əsasən bəlli torpaq sahələri üzərində qanuni sahiblik əldə edən şəxlsərin hüququnu pozub.
Belə ki, Ruslan Əliyevin qanunsuz tikililərə icazə verdiyi ərazilər arasında “vahid pəncərə” sistemindən keçən və başqa vətəndaşlara aid olan torpaqlar da mövcuddur. Bu isə o deməkdir ki, Ruslan Əliyev qanunsuz tikililərə göz yummaqla yanaşı, həm də bir qisim vətəndaşa aid olan torpaq sahəsinin başqa şəxslər tərəfindən mənimsənilməsinə və onların bu torpaqlarda özbaşına tikililər aparmasına da göz yumub, buna bilavasitə şərait yaradıb.
Artıq Ruslan Əliyevin hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edildiyi bildirilir. Araşdırma nəticəsində Ruslan əliyevlə bağlıdigər qanun pozuntularının da üzə çıxma ehtimalı böyükdür..."

DAVAMI OLACAQ...
Tarix: Dünən, 12:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}