Navalnının həbsxanada çəkilmiş görüntüləri yayıldı - VİDEO


Rusiya həbsxanasında dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya ərinin həbsxanada vəkilləri ilə görüşü zamanı çəkilmiş videokadrları nümayiş etdirib.


Navalnının həbsxanada çəkilmiş görüntüləri yayıldı - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yuliya Navalnaya “Navalny live” “YouTube” kanalında çıxış edib.

“Bu videolar, ümumiyyətlə, mövcud olmamalıdır. Müvəkkilin vəkillə görüşü vəkil sirridir. Qanuna görə, heç kimin onların məzmununu bilmək hüququ yoxdur”, - deyə Navalnaya vurğulayıb. 

Onun sözlərinə görə, müxalifət liderinin komandası bu videokadrları Yamaldakı 3 saylı cəzaçəkmə müəssisəsində Navalnının qətli ilə bağlı hər hansı məlumat üçün mükafat elan edildikdən sonra əldə edib.
“Aleksey tutulduğu və həbsxanada olduğu andan etibarən hər dəqiqəsi, hər saniyəsi videokameraya çəkilib. Bəzən xüsusi olaraq gecə onu yuxudan oyadırdılar ki, əlavə olaraq DVR-də çəkilsin. Bəzən bu çəkilişlər internetə yerləşdirilirdi və güman edilirdi ki, Alekseyin çəkilmədiyi yeganə yer vəkillərlə görüş otağıdır. Kağız üzərində yazdığı hər sözün qeyd edilməsi üçün Alekseyin başının üstündə tavana böyük kamera quraşdırılmışdı”, - deyə Navalnaya vurğulayıb. 
O, ərinin söylədiyi bir əhvalatı danışıb: “Aleksey mənə danışırdı ki, vəkili ilə görüşlərinin birində stolun üstünə qalxaraq tavana zərbə vurub və oradan tavan plitəsinin arxasına gizli şəkildə zəif bərkidilmiş böyük kamera düşüb”. 
Navalnaya nəzərə çatdırıb ki, bu görüntülər onların əlinə təsadüfən düşüb: “Alekseyin öldürülməsi ilə bağlı hər hansı məlumat üçün mükafat elan edəndə bizə göndərildi”.
O, yenidən şahidlərə müraciət edərək yeni mükafatın məbləğini açıqlayıb: “Biz dəqiq bilirik ki, Alekseyin ölüm anı dərhal bir neçə videokameraya yazılmışdır. Və bu çəkiliş varsa, biz bunun üçün 10 milyon rubl ödəməyə hazırıq”
Tarix: Dünən, 13:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}