Direktor həbs edildi


Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

azsiam.info-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Tarix: 3-02-2025, 11:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}