Bu ölkə təhlükəsizliyə görə nəinki MDB-ni, hətta ABŞ-ı keçdi: Düşündürücü statistika...





Moderator.az Nur.Kz saytına istinadən xəbər verir ki,128 ölkənin təhlükəsizlik göstəricilərinə əsasən reytinqi tərtib edilib.  
Maraqlıdır ki, Qazaxıstan siyahının ortasından yuxarıda yer alaraq, Rusiya və ABŞ-ı qabaqlayıb.

Mütəxəssislərin qiymətləndirmək üçün əsas meyarları hərbi əməliyyatlar, təbii və texnogen fəlakətlər, habelə vətəndaşların təhlükəsizliyinə təsir göstərən digər təhdidlərin ehtimalıdır.

Qazaxıstan MDB-nin digər ölkələrini, hətta ABŞ-da qabaqlayaraq, sıralamada 44-cü yeri tutur.
46-cı  Moldova, 62-ci Ermənistan, 68-i Tacikistan, 71-ci Azərbaycan, 89-cu Qırğızıstan, 108-ci Rusiya, 116-cı yerdə Ukrayna olub.

Birləşmiş Ştatlar üçün mütəxəssislər 65 xətt müəyyən ediblər.

Siyahının qalibi İslandiya olub. İlk üçlüyə İsveçrə və Finlandiya daxildir.

Filippin (sonuncu - 128), Yəmən (127) və Qvatemala (126) ən təhlükəli ölkələrdir.
Tarix: 31-01-2019, 07:11
Xəbəri paylaş





Xəbər lenti