“Bütün mexanizmləri tətbiq edəcəyik” - RUSİYADAN ABŞ-A SƏRT ETİRAZ
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Venesueladakı neft şirkətlərinə qarşı sanksiya tətbiq eləmək qərarını sərt şəkildə tənqid edib: “Bu sanksiya qanunsuz olmaqla bərabər, Venesuelanın daxili işlərinə qarışmaq cəhdidir”.Xəbər verildiyi kimi, Venesuelanın qanuni yolla seçilmiş prezidenti Nikolas Maduronu tanımayan ABŞ hökuməti Venesuela dövlət neft şirkəti PDVSA-ya (Petroleos de Venezuela) qarşı sanksiya tətbiq eləmək qərarını verib.
Vaşinqtonun tez-tez iqtisadi məhdudiyyətlərin tətbiqi yoluna əl atdığını bildirən Peskov deyib: “Bunun doğru olmadığını düşünürük. Bu cür addımları ədalətsiz rəqabətin manifesti kimi qəbul edirik. Bu sanksiya qanunsuz olmaqla bərabər, Venesuelanın daxili işlərinə qarışmaq cəhdidir”.
“Bütün mexanizmlərdən istifadə edəcəyik”ABŞ-ın Venesuelaya qarşı sanksiyaları ilə bağlı Rusiyanın ata biləcəyi addımları anladan Peskov deyib:
“Əlbəttə, beynəlxalq hüquq çərçivəsində mənafelərimizi qoruyacağıq. Lazım gələn bütün mexanizmlərdən istifadə edəcəyik”.Venesuelaya qarşı hərbi müdaxilə ehtimalının “qəbuledilməz” olduğunu bildirən Peskov söyləyib:
“Buna işarə edən çıxışlar Venesueladakı mövcud vəziyyəti qətiyyən yaxşılaşdırmır”.Hurriyyet.org
Tarix: 30-01-2019, 08:26