Almaniyada hərbi qalmaqal: orduya alınan silahlar yararsız çıxıb


Almaniya Müdafiə Nazirliyi 2017-ci ildə təslim alınan tank, helikopter, qırıcı təyyarə və yük təyyarələrinin 61%-nin yararsız vəziyyətdə olduğunu etiraf edib.

“EuroNews”dan verilən xəbərə əsasən, keçən il Bundesverin aldığı 71 “Puma” tankından yalnız 27-nin, 8 “A400M” yük təyyarəsindən dördünün, 7 “Tiger” helikopterindən ikisinin, 7 “NH90” nəqliyyat helikopterindən isə yalnız dördünün istifadəyə hazır olduğu bildirilib.

Xəbərdə “Eurofighter” qırıcı təyyarələrinin kompüter sistemlərindəki problemlərdən dolayı istifadə olunmadığının ortaya çıxdığı qeyd olunur.

Buna görə, Almaniyanın yeni satın aldığı 4 qırıcıdan sadəcə, biri tam hazır vəziyyətdədir.

Almaniya Bundestaqında “Sol” partiyanı təmsil edən deputat Matias Hön bununla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib. Hön problemin Almaniya üçün dəhşətli qalmaqal olduğunu yazıb.

“Müharibə sənayesinin bu qədər yavaş işləməsi vergi ödəyicilərinin belinə əlavə yük qoyur”, - deyə Matias Hön hökuməti tənqid edib.

Musavat.com

Tarix: 1-11-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti