Xəbər verildiyi kimi, Sudiyyə Ərəbistanı müxalif jurnalist Camal Kaşıkçının öldürülməsi faktını təsdiqləyib. Məlumata görə, Kaşıkçının ölümündə şübhəli bilinən 18 nəfər saxlanılıb. Onların bəzilərinin məhkəmədən sonra edam olunacağı istisna edilmir.
Dövlət televiziyasının efirində ölüm faktı belə təsvir edilib: “Camal Kaşıkçının İstanbuldakı konsulluqda bəzilərilə diskussiyası davaya çevrilib, bu isə onun ölümünə səbəb olub. Allah ona rəhmət eləsin! İstintaq davam edir, 18 nəfər istintaq olunur, onların hər biri saxlanılıb".
59 yaşlı jurnalistin cəsədi isə hələ tapılmayıb. Kaşıkçı ailəsi Səudiyyənin elitasına daxil olduğundan uzun müddət mühafizə altında, dəbdəbəli həyat sürüb. Onun əmisi milyarderdir və silah ticarəti ilə məşğul olur. Daha bir qohumu isə şahzadə Diana ilə birlikdə qəzada həlak olan sevgilisi Dodi əl-Fayeddir.
Cebhe.info