Serj Sarkisyanın partiyasında fikir ayrılığı - Namizədlər siyahısına kim başçılıq edəcək?


Serj Sarkisyanın partiyasında fikir ayrılığı - Namizədlər siyahısına kim başçılıq edəcək?

Eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsində vahid mövqeyə gələ bilmir.

Cebhe.info-nun məlumatına görə, əslində ERP daxilində ciddi fikir ayrılığı yaranıb. ERP icraiyyə orqanının Serj Sarkisyanın rəhbərliyi ilə oktyabrın 18-də keçirilmiş sonuncu iclasında da aparılan müzakirələr nəticə verməyib. Ermənistan parlamentinin vitse-spikeri, ERP-nin mətbuat katibi Eduard Şarmazanov növbədənkənar parlament seçkilərində iştirak edib-etməmək barədə yekun qərar qəbul olunmadığını deyib. 

Qeyd edək ki, Ermənistan mətbuatında ERP-nin növbədənkənar seçkilərə qatılacağı, namizədlər siyahısına isə sabiq müdafiə naziri Viqen Sarkisyanın rəhbərlik edəcəyinə dair xəbərlər yayılıb. Lakin Şarmazanov bunu dezinformasiya adlandıraraq yekun qərara gəlmədiklərini söyləyib. 

Şarmazanov partiyanın qərarı olarsa, həmişə seçkilərdə iştirak tərəfdarı olduğunu deyib. 

ERP-nin parlamentdəki deputat fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə “Azadlıq” radiosuna açıqlamasında növbədənkənar seçkilərdə iştirak etməyin daha düzgün olduğunu bildirib: 

“Məncə seçkilərdə iştirak etmək daha doğrudur. Bunun üçün ciddi gedişlər, resursların ciddi qiymətləndirilməsi lazımdır. Mən təkbaşına qərar vermək istəməzdim. Sadəcə olaraq, rəyimi bildirirəm və fikirim də bundan ibarətdir ki, seçkilərdə iştirak etməliyik”.

Baqdasaryan ERP-də  seçki əhval-ruhiyyəsinin olduğunu deyib. “Bəs partiya siyahısına kim başçılıq edəcək?” Vaqram Baqdasaryan bildirib ki, bu  sualın cavabı hələ yoxdur. “Siz cavabı mövcud olmayan suallar verirsiniz”-deputat belə deyib. 


Tarix: 20-10-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti