Hurriyyet.org xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Nyu-York Tayms” amerikalı kəşfiyyat işçilərinə istinad elədiyi xəbərində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Kaşıkçı hadisəsində “barmağının ola biləcəyini” iddia edib.
“Nyu York Tayms” qəzeti ABŞ-ın Camal Kaşıkçı hadisəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Əbdüləzizin rolunun olduğuna getdikcə inandığını yazıb. ABŞ kəşfiyyat xidməti əməkdaşlarına istinad edilən xəbərdə Kaşıkçı məsələsində şahzadənin “əli ola bilər” ifadəsindən istifadə edilib.
Xəbərdə deyilir: “Amerika və Avropa kəşfiyyat xidmətləri hələ kifayət qədər dəlil toplaya bilməyiblər. Vəliəhd şahzadənin Kaşıkçının öldürülməsi və yaxud da qaçırılıb Səudiyyə Ərəbistanına aparılmasını əmr eləyib-eləmədiyi barəsində nəticə əldə edilməyib. Lakin əlimizdə getdikcə artan ikinci dərəcəli dəlillər vardır”.
“Onun xəbəri olmadan əməliyyat keçirilə bilməz”
Mənbələr şahzadə Məhəmmədin kəşfiyyat xidmətləri üzərindəki mütləq hakimiyyətini nəzərə aldıqda, ondan xəbərsiz heç bir əməliyyatın həyata keçirilməsi ehtimalının olmadığını vurğulayıblar.
Xəbərdə Amerika kəşfiyyat təşkilatlarının şahzadə Məhəmməd barəsindəki bir məlumatı ABŞ prezidenti Donald Trampa təqdim eləməyə hazırlaşdıqları bildirilib.
Dünən Əl Cəzirəyə mühasibə verən bir türk mənbə Camal Kaşıkçı hadisəsinin baş verdiyi gecə ilə əlaqədar bir detalı açıqlayıb: “Kaşıkçı hadisəsinin iştirakçılarından olan Mahir Mutrib cinayətin baş verdiyi gecə 19 dəfə telefonla danışıb. Bu telefon danışıqlarının 4-ü şahzadə Salmanın ofisi ilə olub”.