Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti raundu Praqada keçiriləcək

  


Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin və Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze oktyabrın 1-də Praqada yenidən görüşəcəklər.

Siam.az  Azərtaca istinadən xəbər verir ki, Karasin-Abaşidze formatı 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsildikdən sonra 2012-ci ildə yaranıb. Bu, tərəflər arasında yeganə birbaşa danışıqlar formatıdır. Bu cür görüşlərdə tərəflər Rusiya ilə Gürcüstan arasında əlaqələrin bərpası yollarını müzakirə ediblər.


Qeyd edək ki, 2018-ci ilin ortalarında Gürcüstanda gedən siyasi proseslər, xüsusən də Baş nazirin istefasından sonra bu danışıqlarda yenidən fasilə yaranmışdı.

Bugünkü görüşdə Rusiya-Gürcüstan münasibətlərinin inkişafının mümkün istiqamətləri nəzərdə keçiriləcək.

Q.Karasin bildirib ki, görüşdə ikitərəfli əlaqələrin hansı sahələrdə inkişaf etdirilməsinin mümkünlüyü müzakirə olunacaq. Bu, ilk növbədə, ticarət, humanitar əlaqələr və nəqliyyat daşımaları sahələri olacaq. “Məhz bu istiqamətlərdə işlər davam etdiriləcək. Digər sahələrdə də qarşılıqlı münasibətlərimizin inkişaf perspektivlərini nəzərdən keçirəcəyik”, - deyə Karasin vurğulayıb.

Görüşdə hər iki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, nəqliyyat infrastrukturunun nümayəndələri də iştirak edəcəklər.

Tarix: 2-10-2018, 07:55
Xəbəri paylaş





Xəbər lenti