Çin ABŞ-la gözlənilən danışıqları “faydasız” adlandırıb. Bu isə sözügedən danışıqlardan rəsmi Pekinin imtinası kimi dəyərləndirilib.
Cebhe.info xəbər verir ki, bu barədə rəsmi Pekin 1 oktyabrda elan edib. Əvvəlcədən müəyyən edilən danışıqlar beləcə faydasız elan olunub.
Danışıqlarda Amerika tərəfdən dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Məttis iştirak etməli idi. Ancaq rəsmi Pekin fikrini dəyişib və müzakirələrlə heç nəyə nail olunmayacağı qənaətinə gəlib.
Xatırladaq ki, iki ölkə arasında hazırda ticarət müharibəsi gedir. ABŞ Çindən idxal olunan mallara rüsumları artırıb, Pekin əvəzində bənzər qərar qəbul edib.
Bundan başqa prezident Donald Tramp Çinin ABŞ siyasətinə müdaxiləsiylə bağlı sübutlar olduğunu deyib. Söhbət seçkilərə müdaxilədən gedir.