Rusiya söz verdi: Ukraynaya qarşı...

 Söz verirəm ki, Ukraynanın tətbiq etdiyi sanksiyalarla bağlı qarşılıqlı tədbirlər görəcəyik.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Hazırda mən sizə hansı qərarların verilməsi ilə bağlı dəqiq məlumat verə bilmərəm. Lakin əmin olun ki, biz qarşılıq prinsipindən çıxış edəcəyik. Eyni zamanda öz maraqlarımızı da təmin edəcəyik", - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna rəhbərliyi qondarma Donetsk və Luqansk respublikaları ilə əlaqələrindən dolayı Rusiyanın bir neçə şirkətinə sanksiya tətbiq edib.
Tarix: 27-09-2018, 22:22
Xəbəri paylaş





Xəbər lenti