“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın əmlakının araşdırılması üzrə işlər davam edir və yaxın günlərdə onun nəticələri açıqlanacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan jurnalistlərlə söhbətində bildirib.
Vanetsyan bu yaxınlarda keçirdiyi mətbuat konfransı zamanı Köçəryanın əmlakı ilə bağlı “qoy onlar televeziya kanllarında “heç nələrinin olmaıdğını” nə qədər istəyirlərsə, bəyan etsinlər. Biz hər şeyi faktlarla və kimin nəyi, hansı yollarla ələ etdiyini ortaya qoyacağıq. Buraya “Konqres” mehmanxanasının 6 milyon dollarlıq rüşvət müqabilində ələ keçirilməsi də daxildir” cümlələrini sərf etmişdi.
Vanetsyanı bu sözlərinə görə Robert Köçəryanın oğlu onu məhkəməyə verərək, maddi təmzinat tələb edib.
Maraqlıdır ki, sonradan Artur Vanetsyan özü sonradan sözlərində düzəliş etməyə məcbur olub. “Mən mətbuat konfransında 6 milyon dollarlıq rüşvətdən bəhs etmişəm. Bu mənim tez-tez danışmaq adətimlə bağlıdır. Burada söhbət rüşvətdən deyil, cinayət yolu ilə əldə olunmuş vəsaitlərdən gedir”, - erməni təhlükəsizlik naziri qeyd edib.