FƏTÖ üzvü olan Kemal Öksüz üçün ABŞ-da ittihamnamə hazırlandı - Azərbaycana səfərini kim maliyyələşdirib?
Hurriyyet.org xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin saytında yayılan iddianamədə, Kemal (Kevin) Öksüzün 2013-cü ildə Konqres heyətinin Azərbaycana səfərinin xərclərinin mənbəyini gizlədiyi bildirib.İddianamədə Öksüzün konqressmenlərin Azərbaycana səfər xərclərinin mənbəyi ilə bağlı ABŞ Nümayəndələr Məclisi Etika Komissiyasına təqdim elədiyi deklarasiyada həqiqəti əks etdirmədiyi bildirib. İttihamda bildirilir ki, Öksüz onun “Turquoise Council of Americans and Eurasions” təşkilatının Azərbaycanın dövlət neft şirkəti (SOCAR) tərəfindən maliyyə dəstəyi aldığını gizlədib.
2015-ci ildə Konqressin Etika Komissiyası 10 nəfər konqressmenin və onların 30 nəfərdən çox köməkçisinin 2013-cü ildəki səfər zamanı Konqressin qaydalarını pozduğu barəsində “dəlillər olmadığını” qərara almışdı. Qaydalara görə, qeyri-hökumət təşkilatları maliyyələşdirmə mənbələrini göstərməlidirlər. Öksüz isə bunu etməmişdi.
Ədliyyə Nazirliyinin açıqlamasında qeyd edilir ki, Öksüzün həbs edilməsi qərarı bu ilin əvvəlində verilib. K.Öksüz ötən ay Ermənistanda həbs olunub.
İddianamədə Öksüz maddi mənbələri təhrif və ört-basdır eləmək, Konqresə yalan ifadə vermək də daxil olmaqla, 5 maddə ilə ittiham edilir.
ABŞ-da mənfəət məqsədi güdməyən təşkilatlar Konsqres üzvlərinin məlumatlanması üçün təşkil edilən səfərlərə sponsor ola bilirlər. Səfər xərclərinn mənbələrinin düzgün sənədləşdirilməsi lazımdır.
ABŞ-da Avrasiya Amerikalılar Turkuaz Şurasının sədri olan Kemal Öksüzün Türkiyəyə qarşı çıxışları ilə tanınan amerikalı senatorlarla yaxın əlaqəsi var idi.
FƏTÖ-nün ABŞ-dakı ən mühüm qollarından olan Turkuaz Şurasının başçısı Kemal Öksüz uzun illərdir ki, Amerikada yaşayırdı. Onun Virciniya əyalərinin Arlinqton şəhərində bazar qiyməti 1,7 milyon dollara yaxın olan mülkü var.
Hurriyyet.org
Tarix: 27-09-2018, 09:19