Çin ABŞ-a cavab verdi

 Çin xarici işlər naziri Van İ bəyan edib ki, Pekin ünvanına yönəlmiş əsassız ittihamları qəbul etmir.
Oxu.Az xəbər verir ki, nazir ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmadığını xüsusi vurğulayıb.
“Qarışmama prinsipi Çinin xarici siyasətinin ənənəsidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətini ABŞ Konqresinə aralıq seçkilərinə müdaxilə etməkdə günahlandırıb. O hesab edir ki, Pekin ABŞ-ın ticarət siyasətini dəyişmək üçün respublikaçıların qələbəsinə mane olmağa çalışır.
Tarix: 27-09-2018, 07:35
Xəbəri paylaş





Xəbər lenti