Köçəryan Paşinyanı məhkəməyə verdi - ÇƏKİŞMƏ


Köçəryan Paşinyanı məhkəməyə verdi - ÇƏKİŞMƏ

Ermənistanın eks-prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib. 

Cebhe.info-nun məlumatına görə, Robert Köçəryan Nikol Paşinyana qarşı  şərəf və ləyaqətin müdafiəsi tələbi ilə iddia qaldırıb. Hələlik Paşinyana qarşı iddianın əsasında  baş nazirin  hansı çıxışlarının dayandığı  müəyyənləşdirilməyib. 

Qeyd edək ki, Ermənistan Respublika Prokurorluğu da R.Köçəryan barəsində cinayət işinin ləğv edilməsi  barədə Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsi  üçün kassasiya şikayəti verib. 

Robert Köçəryan 2008-ci il martın 1-də dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişməkdə və dinc mitinq iştirakçılarına atəş açmaq əmri verməkdə ittiham olunur. 


Tarix: 25-09-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti