ABŞ-ın sanksiyalarından narahat olan rus iş adamları pullarını ölkəyə qaytarmaq niyyətindədirlər.
Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, Bloobbergin məlumatına görə, iri rus biznesmenləri kütləvi şəkildə öz milyardlarını Avropa və Amerika banklarından çıxarır, Rusiya banklarına köçürürlər. Rusiya iri əmanət banklarından biri Sberbank bildirib ki, 2018-ci ilin əvvəlində bankın korporativ sərmayələrinin həcmi 17 faiz artaraq 98 milyard dollara çatıb.
Rus iş adamlarının aktivlərini geri qaytarması tendensiyası aprel ayından Amerika Birləşmiş Ştatlarının (ABŞ) təqbiq etdiyi sanksiyaların başlanması ilə əlaqəliədir.
Rusiya biznesmenləri narahatdırlar ki, ABŞ-dakı son prezident seçkilərinə Moskvanın müdaxiləsi sanksiyaların daha da artmasına səbəb olacaq.