Keçmiş vəkili üzünə durandan sonra vəzifəsindən uzaqlaşdırılacağından qorxan ABŞ prezidenti dalbadal atdığı tvitlərdə Ədliyyə naziri Sessiansı günahlandırıb. O, bəyan edib ki, təyin etdiyi nazir nələrin baş verdiyini anlamır. Amerika mətbuatı gedərək böyüyən davada Trampın tezliklə naziri işdən çıxaracağını yazır.
AzNews.az xəbər verir ki, haqqında vəzifədən çıxarılma ilə bağlı ilə mübahisələr başlayan və prezidentliyinin ən çətin həftəsini keçirən ABŞ lideri Donald Tramp ədliyyə nazirini topa tutub.
Tvitlərində daha öncə də bir neçə dəfə Ceff Sessionsu hədəf alan Tramp onu əmrindəki nazirlikdə nə baş verdiyini anlamamaqda ittiham edib.
İllərdir Trampın vəkilliyini edən Maykl Kohenin etirafçı olması ilə yeni bir dönəmə girən istintaqdan bəhs edən Amerika mətbuatı isə Trampla Sessions arasındakı savaşı yuxarı başa çıxarıb.
Verilən məlumatlara görə, Sessions da bu ittihamlara kəskin və qəti şəkildə münasibət bildirib və prezidentə nazirliyin işinə müdaxilə etməməsi ilə bağlı xəbərdarlıq edib.
Tramp isə Tvitində "Ceff, qarşı tərəfə də bax, haydı, bunu edə bilərsən, bütün ölkə səni gözləyir" deyə ismarıc yazıb.
Siam.az