Rusiyalı diplomatlar ABŞ-a buraxılmadı

Rusiyalı diplomatlar ABŞ-a buraxılmadı


Rusiya diplomatlarına sovet pilotlarının ölümünün 80-ci ildönümü ilə bağlı anım mərasimində iştirak etmək üçün ABŞ-ın Elizabet Siti şəhərinə getməyə icazə verilməyib.

Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.
 
Səfirlik xatırladıb ki, 1945-ci il yanvarın 11-də təyyarələrdən biri qəzaya uğrayaraq Paskotank çayına düşüb. Təyyarə qəzasının qurbanları dörd sovet pilotu və Britaniya Hərbi Hava Qüvvələrinin bir naviqatoru olub.

“2012-ci ilin dekabrında məxfiliyi ləğv edilmiş “Zebra” layihəsi nasist cəlladlarına qarşı çiyin-çiyinə döyüşən SSRİ və ABŞ-ın hərbi qardaşlığının simvollarından biridir”, - diplomatlar vurğulayıblar.Bizim.Media
Tarix: 13-01-2025, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}