Din və iman arasındakı FƏRQ... - İdris Heydərli yazır...


Din və iman arasındakı FƏRQ...
"Dinsiz-imansız" kəlməsi həyatımızın içindədir.Nədən,dinlə imanı ayırarıq?
Dinin/imanın olsun,filankəs "dinsiz imansızdır" deyimi hansı təsəvvürün parçasıdır?
Din cəmiyyətin islahıdır,iman insanı kamilləşdirmədir.
Fitrətimizdə olmayan şeydir iman.
Sonradan yaranmadır.
İstiqamətini Dindən alar.
Dilin yaddaşında bu iki tanıma biri birinə bağlanar və bir şey kimi deyil iki şey kimi tanıdılar.Buna səbəb nədir?
Hansı hallarda din,hansı hallarda iman istifadə edilər bu sualı açıqlamağa imkan verə bilər.
Dinin mərkəzində şəriət-
İmanın mərkəzində insanın fitrətindən gələn və qazanlılan keyfiyyətləri durar.
Bu iki ayrımı biz Sovet həyat tərzində daha aydın görə bildik.
Azərbaycan insanı dinsiz yaşadı,
İmansız yaşamadı.Din həyatın bütün qurumlarından çıxarıldı,
İman isə öz yerini qorudu.
Dinin yenidən həyatımıza qayıdışı ilə isə iman itdi.
Dinin şəkli şəriətlər üzərindən rəvayətləşdikcə insanlar imansızlaşdılar.
Bu məsələ çox ciddi araşdırma mövzusudur.Dinə dönüşü imandan uzaqlaşdıracaq olan şeylər nə idi?
Məncə Dinin şəkli bizə "Alim və Kitab" bağı ilə deyil,"Cahil və Kitab"bağlantısı ilə gəldi.Dinə yönələnlərin və din tərəfdarlarının böyük əksəriyyəti kitabsız kitaba bağlananlar idi.Bir kitabla dünyadakı bütün kitabları oxumağa başlayan yeni proletarlar ortaya çıxdı.
Və proletar kütlə proletar müsəlman kütləyə döndü.
Din adı ilə Din satanların bazar açması və bazarlığ hirsləri boş məkanda moizə oxudu.
Dini imanı Alimlə,Elmlə mənimsəyən Dil kitabsız dönəmində İmanı qorudu,
Dinin dindarlığa dönüşündə isə Kitab hər evə gəldi,İman getdi.
Alim və Elm isə itdi.Alim və Elm adına sahib çıxanlar isə "Nağılçılar" və " Nağaraçılar" oldu.
Bu iki zəminin hələ ki müəyyənləşmədiyi keçiddəyik,
Dini imanı yenidən yerinə qoya bilmədikcə Din və İman arasındakı "Və"yə dönəcəyik.

Davam edəcək.

İdris Heydərli
Tarix: 4-03-2023, 11:04
Xəbəri paylaş





Xəbər lenti